...

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2012 09:40 (UTC +04:00)
Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin təxribatı davam edir.
Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozublar

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin təxribatı davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib ki, Ermənistanın SQ-nin bölmələri dünən və ötən gecə Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli; Ağdam rayonunun Şıxlar, Cəvahirli; Tərtər rayonunun Yarımca, Nəmirli; Xocavənd və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti