...

ATƏT PA-nın sessiyasında quruma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırış edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2012 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

ATƏT PA Ermənistana aydın şəkildə bəyan etməlidir ki, o Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvonun davam etməsini və işğalın qanuniləşdirilməsini qəbul etməyəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, deputat Azay Quliyev cümə günü ATƏT PA-nın Monakoda keçirilən 21-ci illik sessiyasında çıxışı zamanı deyib.

"Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla bütün beynəlxalq konvensiyaları və hüquq normalarını kobud şəkildə pozur. Azərbaycan beynəlxalq normalar çərçivəsində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir və eyni münasibəti də qarşı tərəfdən gözləyirik", - Quliyev bildirib.

Qeyd edək ki, Quliyev Litvadan olan deputat xanım Vilija Aleknaite Abramikieneanın "ATƏT dəyişən region" adlı məruzəsindən sonra çıxış edib.

Deputatın sözlərinə görə, xanım Vilija Aleknaite Abramikienea tamamilə haqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təmas xətti boyunca və bütövlükdə regionda gərginliyin hələ də davam etməsinə səbəb olur. O, ilk mühüm addım kimi atəşkəs haqqında sazişə riayət edilməsini və snayperlerin geri çəkilməsini təklif edir. Həmçinin insidentlər baş verdiyi zaman müfəssəl tədqiqatın aparılmasını xahiş edir.

"Azərbaycan tərəfi qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına dair mexanizmin yaradılmasına razıdır. Amma məntiqi olaraq bu mexanizm Ermənistan qoşunlarının bizim torpaqlardan çıxmasından sonra işləyə bilər. Əgər bu baş versə, snayperlərə ehtiyac olmayacaq. Digər tərəfdən, mən istərdim məruzəçidən soruşum ki. erməni snayperlərin Azərbaycanın təmas xəttindən keçən ərazilərində nə işi var? Mən bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm", - Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti