...

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində intensiv atışma olub: iki əsgərimiz yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2012 11:34 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması nəticəsində Milli Ordunun iki əsgəri yaralanıb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində intensiv atışma olub: iki əsgərimiz yaralanıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması nəticəsində Milli Ordunun iki əsgəri yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Trend-ə bildirib ki, təmas xəttində baş vermiş atışma zamanı Azərbaycan Ordusunun iki hərbiçisi - Cəlal Alıyev və Urfan Vəliyev güllə yarası alıblar.

Qeyd edək ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Hərbi mənbələrdən Trend-ə daxil olan məlumata görə, Ağstafa rayonu istiqamətində qeydə alınan atışma nəticəsində Ermənistan ordusunun bir hərbiçisi ölüb, 4-ü isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti