...

Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkilərini" tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2012 02:19 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirliyinin rəsmi məlumatında bildirilir ki, Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkilərini" tanımır.
Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkilərini" tanımır

Gürcustan, Tbilisi, 19 iyul/ Trend/ müxbir N Kirsxalia

Gürcüstanın xarici işlər nazirliyinin rəsmi məlumatında bildirilir ki, Gürcüstan Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkilərini" tanımır.

Gürcüstanın xarici siyasət idarəsinin rəsmi bəyanatında deyilir ki, Gürcüstan birmənalı olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və 19 iyul 2012-ci ildə keçirilən qondarma "prezident seçkilərini" tanımır.

Xarici içlər nazirliyi "Dağlıq Qarabağ məsələsinin konstruktiv dialoq çərçivəsində sülh yolu ilə həllinə nail olmaq üçün" beynəlxalq ictimayyətin öz səylərini artırmasını zəruri hesab edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlayıb. Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Tərəflər 1994-cü ildə atəşkəs rejimi elan ediblər və bu günə kimi aralarında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu çərçivəsində uğursuz sülh danışıqları aparılır.

BMT-nin Təhlükəsizlik Şurası tərəfindən zəbt olunmuş ərazilərin azad olunmasına dair qəbul edilmiş dörd qətnamə hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Xəbər lenti

Xəbər lenti