...

Rusiya Ermənistana qarşı təzyiqlərini gücləndirir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2012 13:21 (UTC +04:00)
Zaman keçdikcə Rusiya Ermənistanın ikibaşlı oyunlarının antirusiya xarakterini daha çox anlayır və mübarizə aparmağa başlayır.
Rusiya Ermənistana qarşı təzyiqlərini gücləndirir - politoloq

Azərbaycan, Bakı, 2 avqust /Trend müxbir M.Əliyev/

Zaman keçdikcə Rusiya Ermənistanın ikibaşlı oyunlarının antirusiya xarakterini daha çox anlayır və mübarizə aparmağa başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.

"Rusiya Ermənistana qarşı təzyiqlərini bütün formada gücləndirir", - Əhmədoğlu deyib.

O, buna misal kimi qeyd edib ki, Rusiya Ermənistanla MDB məkanında onun təklif etdiyi inteqrativ layihələrə üzvlüyə açıq şəkildə təhrik edir, Ermənistan iqtisadiyyatının daha çox seqmentlərini öz təsiri altına almağa başlayır, Rusiya hərbiçiləri Ermənistanın daxilində xeyli aktivləşib, Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyindən uzaqlaşır.

"Ermənipərəst Rusiya politoloqları Dağlıq Qarabağ məsələsində Ermənistanın xeyrinə hər cür şərh verməklə yanaşı indiki, dövrdə Ermənistanın Rusiyadan uzaqlaşmasının onun üçün təhlükəli olacağını da bildirirlər", - politoloq deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma "seçkilər"dəki rəqəmlər Ermənistan və dünya ermənilərinin Dağlıq Qarabağ siyasətini ifşa edib. "Rəqəmlər əhalinin tamam fərqli əhval-ruhiyyədə olduğunu göstərir", - politoloq qeyd edib.

Digər tərəfdən, Əhmədoğlu bildirib ki, Suriyada vəziyyətin gərginləşməsi Ermənistan üçün ilk növbədə siyasi və mənəvi problem yaradır. "Əvvəlcədən gəlib Ermənistandakı vəziyyətlə tanış olan Suriya erməniləri Ermənistanda qalmaq istəmirlər. Qərb dövlətlərinə getmək üçün onlara Ermənistan vizası və ya vətəndaşlığı lazımdır. Ermənilər bu işin öhdəsindən gələ bilmirlər və ya gəlmək istəmirlər", - Mərkəz direktoru deyib.

Xəbər lenti

Xəbər lenti