...

Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Avqust 2012 09:48 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Ermənistan silahlıları bir neçə istiqamətdə atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Yusifcanlı; Xocavəd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti