...

Fərhad Məmmədov: Ermənistanın Xankəndidəki aeroportunu istifadəyə vermək barədə bəyanatları cavabsız qalmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2012 12:38 (UTC +04:00)
İlk dəfə deyil ki, Ermənistan Xankəndidəki aeroportu istifadəyə vermək barədə bəyanatlar verir. Amma hər zaman buna layiqli cavablar verilir.
Fərhad Məmmədov: Ermənistanın Xankəndidəki aeroportunu istifadəyə vermək barədə bəyanatları cavabsız qalmır

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.Mehdiyev/

İlk dəfə deyil ki, Ermənistan Xankəndidəki aeroportu istifadəyə vermək barədə bəyanatlar verir. Amma hər zaman buna layiqli cavablar verilir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Məmmədov bildirib ki, çünki beynəlxalq təşkilatlar, xüsusən də bu işə cavabdeh olan qurumlar Azərbaycanın hava məkanından məhz Azərbaycanın razılığı ilə istifadə olunmasının mümkünlüyünü bəyan ediblər.

"Azərbaycanın da buna razılığı yoxdur. Digər tərəfdən isə, bu addım ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatında etimad yaradan addım kimi qiymətləndirilib. Amma Azərbaycan tərəfi qəti surətdə bu mövzunun aktual olmadığını bəyan edib", - SAM rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti