...

Azərbaycan XİN-in rəhbəri ATƏT MQ həmsədrləri ilə danışıqlar prosesindəki vəziyyəti müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2012 15:00 (UTC +04:00)
Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayan Ermənistanın günahı üzündən yaranan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki vəziyyəti müzakirə edib.
Azərbaycan XİN-in rəhbəri ATƏT MQ həmsədrləri ilə danışıqlar prosesindəki vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayan Ermənistanın günahı üzündən yaranan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki vəziyyəti müzakirə edib.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi saytında bildirilir.

Məmmədyarov Ermənistanın nizamlama prosesindəki status-kvonun saxlanması üçün istənilən metoddan istifadə etdiyini həmsədrlərin diqqətinə çatdırıb.

Minsk qrupunun həmsədrləri vasitəçi ölkələrin prezidentlərinin bəyanatlarını bir daha təsdiqləyərək Qarabağ problemində status-kvonun saxlanmasının yolverilməz olduğunu qeyd ediblər.

Məmmədyarov bir daha vasitəçilərin diqqətinə çatdırıb ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayınca, regionda sülhə, stabilliyə və təhlükəsizliyə təhdid qalmaqda davam edəcək.

Xəbər lenti

Xəbər lenti