...

Mixail Şvıdkoy: Azərbaycanla Ermənistan arasında vətəndaş dialoqunu bərpa etmək lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2012 17:16 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında vətəndaş dialoqunun bərpa edilməsi üçün ciddi işləmək lazımdır. Trend-in məlumatına görə, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy belə hesab edir.
Mixail Şvıdkoy: Azərbaycanla Ermənistan arasında vətəndaş dialoqunu bərpa etmək lazımdır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanla Ermənistan arasında vətəndaş dialoqunun bərpa edilməsi üçün ciddi işləmək lazımdır. Trend-in məlumatına görə, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy belə hesab edir.

"Son vaxtlar Azərbaycanla Ermənistan arasında münasibətlər kəskinləşib və vətəndaş dialoqunun bərpa edilməsi üçün ciddi işləmək lazımdır", - Şvıdkoy Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hər şeydən əvvəl, münaqişə tərəfləri olan ölkələrin prezidentlərinin iradəsi lazım olacaq.

Xüsusi nümayəndə əlavə edib ki, dialoqun gələcəyi kompromislərdən asılıdır.

Xəbər lenti

Xəbər lenti