...

Azay Quliyev: Avropalı deputatlar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşlərinin təşkili təşəbbüsünə qoşulublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2012 23:36 (UTC +04:00)
Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşlərinin təşkili vacibdir.
Azay Quliyev: Avropalı deputatlar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşlərinin təşkili təşəbbüsünə qoşulublar

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşlərinin təşkili vacibdir. Bunu Azərbaycanın Avronest Parlament Assambleyasının komitə sədrinin müavini, Milli Məclisin deputatı Azay Quliyev Avropa Parlamentində keçirdiyi görüşlərdə deyib.

Bu barədə Trend-ə məlumat verən Azay Quliyev bildirib ki, bu təşəbbüsə avropalı deputatların qoşulması haqqında ilkin razılıq əldə edilib.

Qeyd edək ki, Quliyev Brüsseldə Avropa Parlamentinin Macarıstandan olan deputatı xanım Edita Hersoq, Avronest PA katibliyinin başçısı xanım Sabina Mazi, Avropa Xalq Partiyasının vitse-prezidenti, İsveçdən olan AP üzvü cənab Gunar Hokmark, Avropa Parlamentinin İspaniyadan olan vitse-prezidenti Migel Angel Martinez və digər rəsmilərlə görüş keçirib.

Görüşlərdə deputat Quliyev ölkəmizlə Avropa Parlamenti arasında əlaqələrin daha da inkişaf etdirilməsi, AP-də təmsil olunan siyasi qruplarla sıx əlaqələrin qurulması və bu məqsədlə mümkün əməkdaşlıq yollarının araşdırılması (o cümlədən siyasi qruplarda azərbaycanlı nümayəndələrin staj keçməsi imkanları), Avronest PA çərçivəsində əməkdaşlıq perspektivləri və xüsusən layihə və təşəbbüslərin irəli sürülməsi və digər bu kimi məsələlər qaldırıb, qarşı tərəflə məhsuldar müzakirələr aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti