...

Dağlıq Qarabağın azərbaycanlı icması Uruqvay nümayəndə heyətinin işğal olunmuş torpaqlara səfərinə ezirazını bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2012 10:48 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması Uruqvay nümayəndə heyətinin işğal olunmuş torpaqlara səfərinə ezirazını bildirib
Dağlıq Qarabağın azərbaycanlı icması Uruqvay nümayəndə heyətinin işğal olunmuş torpaqlara səfərinə ezirazını bildirib

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Baş Assambleya və Senatın sədri Danilo Astoriyə müraciət edərək, Azərbaycan və Uruqvay Respublikaları arasında çox qısa bir zamanda formalaşmış əlaqələrə zidd olaraq Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Jorge Orriconun rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarına, xüsusilə Dağlıq Qarabağ bölgəsinə səfər etməsinə ezirazını bildirib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, etiraz məktubunda qeyd olunur ki, artıq 20 ildir ki, Ermənistan Respublikası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan yeddi rayonu işğal edib, bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi tanınır. Eyni zamanda, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir.

"Dağlıq Qarabağ Respublikası" adlanan qondarma qurum heç bir dövlət tərəfindən tanınmayıb və sizin ölkəni təmsil edən nümayəndə heyətinin bu ərazilərə səfər etməsi qeyri-qanunidir. Bir daha nəzərinizə çatdırmaq istərdik ki, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanınır və bu ərazilərlə bağlı atılan hər bir addım Azərbaycan dövlətinin icazəsi və Dağlıq Qarbağ bölgəsinin Azərbaycanlı əhalisinin iştirakı olmadan həyata keçirilə bilməz. Çünki, bu torpaqlarda tarixən yaşamış olan azərbaycanlılar Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə və soyqrım siyasəti nəticəsində bu gün öz doğma yurdlarından məcburən köçkün düşüblər", - müraciətdə deyilib.

Qeyd olunub ki, bu cür addımlar münaqişənin dinc yolla həll olunması istiqamətində aparılan sülh prosesinə zərər gətirməklə yanaşı, regionun gələcək statusuna və bölgənin inkişafına da ciddi xələl gətirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti