...

QDİƏT Parlament Məclisinin Baş Assambleyasında Ermənistanın işğalçılıq siyasətinin mənfi nəticələri səsləndirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2012 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir M.Əliyev/

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasında Ermənistanın işğalçılıq siyasətinin mənfi nəticələri səsləndirilib.

Trend-in məlumatına, çərşənbə axşamı Baş Assambleyanın 40-cı iclasında "QDİƏT üzv dövlətlərinin şəhərləri: iqtisadi, ekoloji, mədəni və sosial inkişaf problemləri" mövzusunda məsələnin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədri, QDİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev deyib ki, çox təəssüflər olsun ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bir çox şəhərləri və onun mədəni tarixi irsləri məhv edilib.

"Təkcə Dünya Bankının hesablamalarına görə, işğal olunan ərazilərə dəyən ziyan 60 milyard dollar təşkil edir. Ancaq dünya ictimaiyyəti Azərbaycana qarşı işğalçılıq siyasətinə, mədəni və tarixi abidələrin dağıdılmasına biganə yanaşır və susmaqda davam edir. Ermənistan isə beynəlxalq təşkilatların işğal faktı ilə əlaqədar qəbul etdiyi sənədləri rədd edir. Bu işğal faktı davam etdikcə hansı ədalətdən söhbət gedə bilər? Beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu mövqe ikili standartın bariz nümunəsi kimi dəyərləndirilir", - qurumun vitse-prezidenti deyib.

Hacıyev hesab edir ki, artıq dünya ictimiayyəti Ermənistanın bu işğalçılıq siyasətinə son qoymağı tələb etməli və təzyiq etməlidir.

"Maddi irsi və şəhərləri dağıdan ermənilər cəzalandırılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli regionda sülhün, ədalətin və sabitliyin bərqərar olmasına gətirib çıxara bilər", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti