Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir M.Əliyev/
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor, səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi Andrey Baraşkin keçiriblər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeniy Şarov və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi Vitali Belokon keçiriblər.
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz ötüşüb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin qərbində yerləşən təmas xəttində monitorinq insidentsiz ötüşüb.