...

ATƏT sədri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmalıdır (FOTO) (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2012 19:53 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor cari il ərzində Dağlıq Qarabağ münaqişəsi regionunda baş vermiş zorakılıq hallarından təəssüfünü bildirib.
ATƏT sədri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmalıdır (FOTO) (ƏLAVƏ OLUNUB)

İrlandiya, Dublin, 7 dekabr /Trend, xüsusi müxbir E.Hüseynov/

ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor cari il ərzində Dağlıq Qarabağ münaqişəsi regionunda baş vermiş zorakılıq hallarından təəssüfünü bildirib.

Trend-in xüsusi müxbirinin məlumatına görə, Gilmor ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 19-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, danışıqlar prosesində irəliləyiş əldə etmək lazımdır.

O xatırladıb ki, ATƏT-in fəaliyyətdə olan sədri qismində cari ilin yayında Bakı və Yerevana səfəri zamanı tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə fəal dialoq və əməkdaşlığa çağırıb. Gilmor dünən Dublində Minsk qrupunun həmsədr ölkələrinin verdikləri bəyanata dəstəyini ifadə edib.

Gilmor hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində qərar konsensus əsasında qəbul edilməlidir. ATƏT-in bu məsələdə mövqeyi ondan ibarətdir ki, xeyli müddətdir uzanan Dağlıq Qarabağ problemi münaqişə tərəflərinin iştirakı ilə danışıqlar əsasında nizamlanmalıdır. Söhbət ATƏT-in dəstəklədiyi Minsk qrupunun fəaliyyətinin formalaşdırılmış prosesindən və bu danışıqlarda münaqişə tərəflərinə köməkdən gedir.

Gilmor bildirib ki, ATƏT-in Dublində həmsədrliyi dövründə bir neçə tədbir keçirilib. İrlandiya bu tədbirlərdə Şimali İrlandiya üzrə sülh prosesindəki təcrübəsini bölüşüb.

"Şadam ki, İrlandiyanın həmsədrliyi dövründə Dnestryanı münaqişənin nizamlanması üzrə irəliləyiş əldə edilib", - o qeyd edib.

ATƏT-in baş katibi Lamberto Zannier Dağlıq Qarabağ münaqişəsinin həllində iki əsas məqamı qeyd edib. O, ilk olaraq danışıqlar çərçivəsində siyasi prosesə dəstəyi, habelə ATƏT-in dəstəklədiyi həmsədrlərin təşəbbüslərini vurğulayıb. İkinci məqam kimi o, "hadisələrin yerindəcə inkişafı"nı misal gətirib və il ərzində münaqişə zonasında atəşkəs rejiminin pozulmasını "narahatedici" adlandırıb.

Zannierin sözlərinə görə, tərəflərə bu və ya digər səbəblərdən qəbul etməkdə çətinlik çəkdikləri bir çox təkliflər edilib. Xüsusilə, həmin təkliflər arasında snayperlərin təmas xəttindən geri çəkilməsi, ATƏT-in fəaliyyətdə olan sədrinin səlahiyyətlərinin artırılması və digərləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti