...

XİN: Nazirlər Kabinetinin hava məkanından istifadə haqqında yeni qaydaları beynəlxalq hüququn müddəalarına əsaslanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Yanvar 2013 17:59 (UTC +04:00)
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nın təsdiq edilməsi barədə qərarı beynəlxalq hüququn və Çikaqo Konvensiyasının müddəalarına əsaslanır.
XİN: Nazirlər Kabinetinin hava məkanından istifadə haqqında yeni qaydaları beynəlxalq hüququn müddəalarına əsaslanır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir S.Ağayeva/

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nın təsdiq edilməsi barədə qərarı beynəlxalq hüququn və Çikaqo Konvensiyasının müddəalarına əsaslanır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib.

"Çikaqo Konvensiyasının birinci bəndinə əsasən, bütün dövlətlər öz hava məkanlarının suverenliyinə görə müstəsna və tam hüquqa malikdirlər", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Konvensiyanın 9-cu maddəsində suverenlik hüququ öz əksini tapıb. Bu maddəyə əsasən, zərurət yaranarsa, dövlət öz hava məkanını bağlamaq hüququna malikdir.

"Azərbaycan suveren hüququndan istifadə edərək, 1993-cü ildə işğal edilmiş ərazilər üzərində öz hava məkanını bağlayıb. Bu, o deməkdir ki, Konvensiyanın bütün üzv ölkələri Azərbaycanın hüququna hörmət etməlidirlər", - Abdullayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti