Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev çərşənbə axşamı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri, regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb.