...

Xocalı sakininin səssiz müraciəti (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2013 10:27 (UTC +04:00)
Məlum olduğu kimi, Xocalı soyqırımının tanınması məqsədilə Ağ evin rəsmi veb səhifəsində petisiya yerləşdirilib.
Xocalı sakininin səssiz müraciəti (VİDEO)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Məlum olduğu kimi, Xocalı soyqırımının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirilib.

Trend xəbər verir ki, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Yanvarın 25-dən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi Xocalı sakininin səssiz müraciətini təqdim edib. Müraciəti ilə bu qadın insanları Xocalı soyqırımına dair Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyanı imzalamağa çağırır.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti