...

Fransız bəstəkar Xocalı soyqırımına dair musiqi bəstələyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 16:22 (UTC +04:00)
Fransız bəstəkar Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş "Xocalı 613" adlı klassik musiqi əsəri bəstələyib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Fransız bəstəkar Xocalı soyqırımına dair musiqi bəstələyib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Fransız bəstəkar Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş "Xocalı 613" adlı klassik musiqi əsəri bəstələyib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Cəmiyyətin sifarişi ilə fransız bəstəkar Pyer Tiloy tərəfindən Xocalı faciəsinə dair bəstələnmiş "Xocalı 613" adlı klassik musoqi əsərinin ilk premyerası fevralın 21-də Parisin "Saint Roch" kilsəsində keçiriləcək. Orion orkestrinin müşayiət edəcəyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edəcək. London primyerası isə fevralın 26-da "St John's, Smith Square" kilsəsində baş tutacaq.

Müəllif Pyer Tiloy Azərbaycanda yaşamış və işləmiş, yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti