...

Avstriya parlamentində Dağlıq Qarabağ və Xocalı ilə bağlı qətnamə qəbul edilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2013 12:01 (UTC +04:00)
Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı digər Avropa ölkələrində olduğu kimi qətnamənin qəbul edilməsi üçün AŞ PA-da azərbaycanlı həmkarlarla mütəmadi müzakirələr aparırıq.
Avstriya parlamentində Dağlıq Qarabağ və Xocalı ilə bağlı qətnamə qəbul edilə bilər

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir M.Əliyev/

Avstriya parlamentində Dağlıq Qarabağ və Xocalı ilə bağlı qətnamə qəbul edilə bilər.

"Avstriya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı digər Avropa ölkələrində olduğu kimi qətnamənin qəbul edilməsi üçün AŞ PA-da azərbaycanlı həmkarlarla mütəmadi müzakirələr aparırıq", Trend-in məlumatına görə, bunu jurnaalistlərə açıqlamasında Bakıda səfərdə olan Avstriya parlamentinin vitse-spikeri Fridz Noqebaun bildirib.

Vitse-spikerin sözlərinə görə, bu məsələ ilə bağlı hazırda müzakirələr gedir və AŞ PA iclasları çərçivəsində bununla bağlı çox ciddi debatlar təşkil olunur.

Qeyd edək ki, F. Noqebaunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Avstriya parlamentarilərinin bu gün Milli Məclisdə bir sıra görüşləri baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti