Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
Ermənistan Silahlı Qüvvələri Novruz bayramı ərəfəsində cəbhə xəttində gərginlik yaratmaqdadır.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Mərzili, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.