...

Qondarma "Dağlıq Qarabağ"la "dostluq qrupu"nun üzvü olan litvalı deputatlar imzalarını geri götürürlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Mart 2013 12:02 (UTC +04:00)
Litva Seymində ikinci ən böyük partiya olan Vətən İttifaqı-Xristian Demokratlar Partiyası 19 mart 2013-cü ildə fraksiyanın iclasını keçirib.
Qondarma "Dağlıq Qarabağ"la "dostluq qrupu"nun üzvü olan litvalı deputatlar imzalarını geri götürürlər

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir M.Əliyev/

Litva Seymində ikinci ən böyük partiya olan Vətən İttifaqı-Xristian Demokratlar Partiyası 19 mart 2013-cü ildə fraksiyanın iclasını keçirib.

Trend-in məlumatına görə, iclas zamanı Litva parlamentində qondarma "Dağlıq Qarabağ respublikası" ilə "dostluq qrupu"nun yaradılması yekdilliklə pislənib və qrupun üzvü olan iki xristian-demokrat deputatın öz imzalarını geri almaları tələb olunub.

Artıq bir nəfər sözügedən "dostluq qrupu"ndan ayrıldığını elan edib.

Vətən İttifaqı-Xristian Demokratlar Partiyasının fraksiyasının iclasında qeyd olunub ki, qrupun üzvləri hansısa parlament birliyinin yaradılmasında iştirak edirlərsə, bu, fraksiyanın iclasında əldə olunan razılıqdan sonra baş tuta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti