...

Budapeştdə Şuşanın işğalının 21-ci ildönümü qeyd olunub (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2013 20:37 (UTC +04:00)
Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü münasibətilə Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi və ASAİF-in təşkilatçılığı ilə şəhərin Qəhrəmanlar meydanında “Səsimizi sülh üçün qaldıraq, səsimizi insanlıq üçün ucaldaq” devizi altında musiqi əsərləri səsləndirilib.
Budapeştdə Şuşanın işğalının 21-ci ildönümü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü münasibətilə Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi və ASAİF-in təşkilatçılığı ilə şəhərin Qəhrəmanlar meydanında "Səsimizi sülh üçün qaldıraq, səsimizi insanlıq üçün ucaldaq" devizi altında musiqi əsərləri səsləndirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Ferens List adına Budapeşt Musiqi Akademiyasının simli kvarteti insanların diqqətini işğal faktına cəlb etmək məqsədilə xüsusi konsert proqramı ilə çıxış edib.

Ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr dinləyicilərə kitab və bukletlər paylayıb, Azərbaycandakı erməni işğalının acı nəticələri, Şuşanın tarixi abidələri və yetirdiyi görkəmli şəxsiyyətlər barəsində məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti