...

Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2013 09:53 (UTC +04:00)
Cəbhə xəttində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.
Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rrməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti