...

Erməni silahlı bölmələri 5 istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2013 09:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Cəbhə xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti