...

ATƏT-in sədri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyun 2013 23:14 (UTC +04:00)
ATƏT-in sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara iyunun 14-də Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüş keçirib.
ATƏT-in sədri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

ATƏT-in sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara iyunun 14-də Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüş keçirib. Bu barədə Trend ATƏT-in rəsmi səhifəsindəki məlumata istinadən xəbər verir.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar məsələlər müzakirə olunub. Həmsədrlər ATƏT sədrini danışıq prosesinin hazırkı vəziyyəti, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşün nəticələri barədə məlumat veriblər.

Görüş zamanı ATƏT sədrinin Azərbaycana və Ermənistana gözlənilən səfəri ətrafında fikir mübadiləsi aparılıb, Ukraynanın ATƏT-in rəhbəri kimi əhəmiyyətini nəzərə alaraq, gələcək görüşlərin səmərələri olacağına ümid ifadə edilib.

Leonid Kojara Ukraynanın ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəklədiyini təsdiqləyərək, bu məsələnin Ukraynanın ATƏT-in sədrliyi dövründə prioritet məsələ olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti