...

XİN: Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2013 13:24 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çərşənbə günü mətbuat konfransında bildirib.
XİN: Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapır

Azərbaycan, Bakı, 19 iyun / Trend, müxbir S.Əhmədova/

Dağlıq Qarabağ münaqişəsi üzrə həmsədr ölkələrin bəyanatında Azərbaycanın mövqeyi öz əksini tapır. Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çərşənbə günü mətbuat konfransında bildirib.

O bildirib ki, Azərbaycanın mövqeyi pragmatikliyi ilə seçilir. Azərbaycan münaqişənin ədalətli həllini dəfələrlə vurğulayıb və ədalətli həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ədalətin bərpası işğal olunmuş ərazilərin qaytarılması və qaçqınların öz torpaqlarına qayıtmasıdır:

"Həmsədr ölkələrin prezidentləri tamamilə düz buyurublar ki, hərbi gücdən istifadə qarşıdurma və qeyri-stabilliyin yaradılmasına səbəb olur. Bunun qarşısını almaq üçün Azərbaycan torpaqları geri qaytarılmalı və Ermənistanın silahlı qüvvələri Azərbycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Gücdən istifadə etməmək prinsipi Ermənistan tərəfindən pozulub və bunun da nəticəsi Azərbaycanın torpaqlarının işğalıdır".

Ermənistanın həmsədlərin təkliflərinin qəbul etməməsi, yenilənmiş Madrid prinsiplərinin qəbul etməməsi səbəbindən yüksək səviyyəli görüşlərin təşkil olunması mümkün olmayıb. Bunu Elman Abdullayev Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməməsinə münasibət bildirərkən deyib.

Abdullayev bildirib ki, "əgər biz gələcəkdə sülh şəraitində bir region qurmaq istəyiriksə, Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir. Ermənistanın hazırkı siyasəti regionda təhlükəsizliyi təhdid altında saxlayır. Azərbaycan tərəfi dəfələrlə münaqişənin yol xəritəsi əsasında həllini tələb edib. Bu da danışıqlarda öz əksini tapir. Təəsüflər olsun ki, Ermənistan Azərbaycanın və həmsədr ölkələrin təkliflərini rədd edir və bunun əsas göstəricisi kimi, Ermənistan tərəfinin uzun müddət ərzində həmsədrlərin təklif etdiyi yenilənmiş Madrid prinsiplərinin qəbul etməməsidir. Bu səbəbdən də yüksəksəviyyəli görüşlərdə irəliləyişlər əldə olunmayıb. Azərbaycan tərəfi isə həmsədrlərin ilk gündən təklif etdiyi yenilənmiş Madrid prinsiplərini nəzərdən keçirib və qəbul etdiyini bildirib. Həmsədrlərin fəaliyyətinə baxmayaraq, münaqişə hələ öz həllini tapmayib. Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqlərini artırmalıdırlar ki, münaqişə öz həllini tapsın. Azərbaycan cəmiyyəti vasitəçilik fəaliyyətindən narahatdir".

Abdullayev qeyd edib ki, "hüquqları pozulan Azərbaycan xalqıdır, belə ki, 1 milyona yaxın insan qaçqındır.

Ermənistan öz işğalçı siyasətindən əl çəkmiyincə, regionun təhlükəsizliyi təhdid altında olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti