...

İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2013 07:38 (UTC +04:00)
İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali Tehranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bildirib.
İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır

Azərbaycan, Bakı, 22 iyun /Trend/

İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali Tehranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bildirib. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Cəlali deyib: "Hesab edirik ki, münaqişə siyasi yolla, region ölkələri və bu regiona yaxın olan qonşu ölkələr tərəfindən nizamlanmalıdır".

Onun sözlərinə görə, münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən İran təbii ki, bu məsələyə regionun digər ölkələrindən daha həssaslıqla yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti