...

Erməni silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2013 09:37 (UTC +04:00)
Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutublar.
Erməni silahlı qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Tanrıverdiyev/

Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutublar.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti