...

Mübariz Əhmədoğlu: Fransa və İspaniya "Beqleryan simptomu"ndan Azərbaycanın da istifadə edə biləcəyini nəzərə alsın

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2013 13:29 (UTC +04:00)
Qurgen Beqleryan Yerevan şəhərinin keçmiş meri idi. Mer olarkən Plasido Dominqonun Yerevanda konserti zamanı həyat yoldaşı öz rəfiqəsini konsertə gətirib protokol qaydasını pozdu. Ya prezident, ya da xanımı oturduğu yeri dəyişməli idi və ya bu hadisə baş nazirlə xanımının başına gəlməli idi.
Mübariz Əhmədoğlu: Fransa və İspaniya "Beqleryan simptomu"ndan Azərbaycanın da istifadə edə biləcəyini nəzərə alsın

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Qurgen Beqleryan Yerevan şəhərinin keçmiş meri idi. Mer olarkən Plasido Dominqonun Yerevanda konserti zamanı həyat yoldaşı öz rəfiqəsini konsertə gətirib protokol qaydasını pozdu. Ya prezident, ya da xanımı oturduğu yeri dəyişməli idi və ya bu hadisə baş nazirlə xanımının başına gəlməli idi. Prezident Administrasiyasının protokol xidmətinin rəhbəri nəzakətlə Q.Beqleryanın xanımından oturma ardıcıllığına riayət etməyi xahiş etdi və istədiyinə nail oldu. Həyat yoldaşını istədiyi yerdə, istədiyi məclisdə oturmasına maneçilik törətdiyinə görə Q.Beqleryan səhəri gün protokol xidmətinin işçisini kabinetinə çağırdı və onu doyunca döydü. Administrasiya işçisinin başına gələnlərdən qısa müddət ərzində Prezident Administrasiyasının rəhbərinin, eləcə də mətbuatın xəbəri oldu. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Əhmədoğlu qeyd edib ki, Q.Beqleryanın cəzalandırılmasının mümkün olmayacağını bildikdən sonra döyülən protokol xidmətinin əməkdaşı işdən çıxdı. Q.Beqleryanın bu hadisəsi Prezident Administrasiyası üçün təhqir olduğunu görə PA rəhbəri onun cəzalandırılmasına çalışdı. Ən nəhayət, PA rəhbəri istefa ərizəsini yazdı və üç gün işə çıxmadı. Yalnız bundan sonra S.Sarkisyan Q.Beqleryanın Yerevan şəhərinin meri vəzifəsindən uzaqlaşdırılmasına dair göstəriş verdi. Az sonra PA rəhbərini də rusiyapərəst adı ilə vəzifədən çıxartdı:

"Mənşəcə qarabağlı olmayan Q.Beqleryanı Prezident S.Sarkisyana bağlayan onun "innovativ düşüncə tərzi" imiş. Q.Beqleryanın rüşvətin bütün qanunlardan üstün tutulması və rüşvətin toplanıb S.Sarkisyana çatdırılması ilə bağlı mexanizmin təkmilləşdirməsinə dair təklifləri S.Sarkisyanın hədsiz xoşuna gəlmişdi. Merlikdən uzaqlaşdırmağa məcbur olsa da ilk fürsətdəcə onu nazir, özü də nəqliyyat naziri təyin etdi. Bu nazirlik Ermənistan miqyasında əli pula ən çox çatan nazirlikdir. Bu vəzifədə onun "innovatorluğu" xarici siyasətə də sirayət etdi. Q.Beqleryan vəzifəyə oturan kimi "Şimal-Cənub" dəhlizinin avtomobil yolunun tikintisinə başladı. Ermənistanın İranla sərhədini Ermənistanın Gürcüstanla sərhədinə birləşdirən bu avtomobil yolunun tikintisinə təxminən 1 milyard dollar pul lazımdır. Ermənistan 496 milyon dollarlıq öz payını maliyyələşdirə biləcəyi halda Asiya İnkişaf Bankı 500 milyon dollar investisiya verəcək. Neçə illər boyu bu mövzuda danışıq getsə də əməli fəaliyyət yox idi, Ermənistan öz payını qoya bilmirdi. Q.Beqleryan necəsə Asiya İnkişaf Bankını aldatdı, işin başlaması üçün 150 milyon dollar vəsait tapa bildi".

Mərkəz direktorunun sözlərinə görə, indi bu avtomobil yolunu İspaniya və İtaliyanın şirkətləri tikir, Fransa şirkəti isə tikintiyə nəzarət edir. Tikintinin əsas ağırlığı İspaniya şirkətinin üzərindədir. Q.Beqleryan "Şimal-Cənub" avtomobil yolu çəkən "Corsan Corvian Construccion SA" şirkətini sıxışdırmaqla istəyinə nail oldu:

1) İspaniya Ermənistanda səfirlik açmaqla bağlı danışıqlara başladı. İspaniyanın RF-dəki səfiri X.İ.Karabaxal Qarate Yerevanda etimadnaməsini S.Sarkisyana təqdim etdi;
2) Məşhur İspaniya müğənnisi Monserrat Kabalye Ermənistan və Dağlıq Qarabağa konsert verməyə dəvət edildi. Onun Dağlıq Qarabağa səfər edəcəyi və konsert verəcəyi ilə bağlı məlumatlar dərhal təkzib edildi. Çox güman ki, bu, Azərbaycanın müdaxiləsindən sonra baş verdi. Az sonra M.Kabalye Qarabağa gəldi və onu "xristianlığın beşiyi" adlandırdı. M.Kabalyeni Qarabağ səfəri zamanı Baş nazir T.Sarkisyanın xanımı və onun qohumu, astrofizik Q.İsraelyan müşayiət edirdilər. Həmin ərəfədə Baş nazir T.Sarkisyanın Ermənistanda məşhur dini xadim N.Kçoyanla ofşor zonada birgə müəssisə yaratması haqqında məlumatlar yayılmışdı. M.Kabalye Dağlıq Qarabağdan sonra Yerevana gəldi və konsert verdi. M.Kabalye Ermənistanı da "müqəddəs xristian diyarı" kimi təqdim etdi;
3) Məşhur ispan yazıçı Qonsalo Quarçi Ermənistana gəldi. S.Sarkisyan onu "Movses Xorenasi" medalı ilə təltif etdi. Q.Quarçi ermənilərlə əlaqəli ziddiyyətli, lakin məşhur tarixə malikdir. Uzun müddət Avropada, o cümlədən İspaniyada erməni terrorçuları ifşa edən məqalələr və əsərlər yazmaqla məşğul idi. Sonralar erməni terrorçular onu ələ keçirib şikəst etdilər. O andan etibarən Q.Quarçi erməni terrorçuları, o cümlədən erməniləri mədh edən əsərlər yazmaqla məşğuldur; İtaliyanın məşhur "Corriere della Sera" qəzeti bu dövrdə də Ermənistanın növbəti dəfə böhrandan çıxacağına dair məqalə yazdı: Ermənistan çox çətinliklər görüb, ruhdan düşməyib, yenə vəziyyətdən çıxacaq.
4) Ermənistanın nəqliyyat naziri A.Beqleryan İspaniya şirkətinin avtomobil yolunun tikintisində fəaliyyətinin davam etdirməsinin mümkünlüyünü bildirdi. Eləcə də İspaniya şirkəti ilə birlikdə İtaliya şirkətinin də fəaliyyəti üzərinə qoyulmuş formal qadağa götürüldü.

Əhmədoğlu bildirib: "İndi Ermənistanın nəqliyyat naziri A.Beqleryan belə vəziyyəti bu avtomobil yolunun tikintisinə nəzarət edən Fransa şirkəti ilə yaradıb. Nəqliyyat nazirinin Fransanın Ermənistandakı səfiri A.Reno ilə görüşdə Fransa şirkətinə etirazın aradan qalxdığını bildirməsi buna sübutdur. Baş verənlərin ardıcıllığını bərpa etsək belə alınır: Q.Beqleryan Fransanın nəzarətçi şirkətinə təzyiqlər edir, nəzarətçi şirkət sifarişin əldən çıxacağı ilə bağlı öz ölkəsinə məlumat verir, Fransanın xarici işlər naziri Azərbaycanın xarici işlər naziri ilə görüş xahiş edir, xarici işlər nazirlərinin görüşündə L.Fabius Azərbaycanın xarici işlər nazirindən Ermənistanın Aİ-yə üzvlüyünə maneçilik etməməyi xahiş edir. Başqa sözlə, Aİ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qoyduğu şərtləri geri çəkmək istəyir. Fransa tərəfi xahiş edir ki, Azərbaycan Aİ-nin bu addımına maneçilik etməsin".

Onun sözlərinə görə, cəmi 1 milyard dollarlıq layihədən ötrü Avropanın üç iri dövləti Ermənistanın qabağında belə təzim edirlərsə, həmin Avropa dövlətləri bunun Azərbaycan üçün çox pis nümunə olmasını nəzərə almalıdırlar. Azərbaycanla bu üç Avropa dövlətindən ikisi arasındakı mal dövriyyəsi bir neçə milyard dollardır:

"Təxminən 50 milyard dollarlıq qızıl valyuta ehtiyatına malik Azərbaycan bu Avropa dövlətləri ilə bir neçə il əməkdaşlıq etməsə də, neft-qaz satmasa da yaşamağa pulu var. Bu deyilənlərdən Fransa və İspaniyanın rəsmiləri öz paylarını götürsünlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti