...

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri regiona səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Sentyabr 2013 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yaxın vaxtlarda Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz "Twitter" səhifəsində yazıb.

Həmsədr həmçinin qeyd edib ki, o, Dağlıq Qarabağda da olacaq.

Amerikalı həmsədrin səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərinə başlamaqdır.

Qeyd edək ki, C.Uorlik ötən ay ATƏT-in Minsk qrupuna həmsədr təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti