...

Minsk qrupunun həmsədri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün tərəflərin siyasi iradəsi lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2013 14:51 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik bu gün Yerevanda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün tərəflərin siyasi iradəsi və qarşılıqlı güzəştə getməsi lazımdır.
Minsk qrupunun həmsədri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün tərəflərin siyasi iradəsi lazımdır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik bu gün Yerevanda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün tərəflərin siyasi iradəsi və qarşılıqlı güzəştə getməsi lazımdır.

Trend-in cümə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, ABŞ diplomatı jurnalistlərlə görüşdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələnin gələcək nəsillərin maraqlarından çıxış etməklə həll edilməsilə bağlı ictimai anlayış olmadan mümkün deyil.

C. Uorlikin sözlərinə görə, yekun Helsinki aktının güc və təhdiddən istifadə etməmə, öz müqəddəratını təyin etmək və ərazi bütövlüyü prinsipləri bu prosesdə tərəfimizdən əldə rəhbər tutulur: "Əgər uğur qazanmaq istəyiriksə, o zaman bütün tərəflər güzəştə getməlidirlər".

ABŞ diplomatı qeyd edib ki, ilk dəfədir regiona səfər edir və bütün tərəflərin mövqeyini eşitmək, həmçinin ümumi ab-hava ilə tanış olmaq istəyir: "Tərəflərə yeni təkliflər gətirməmişəm".

O deyib: "ABŞ həmsədri qismində əmin edirəm ki, biz məsələnin həllini təmin etmək üçün Rusiya, Fransa və beynəlxalq ictimaiyyətlə işi davam etdirməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti