...

Mövqelərimiz yenidən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Sentyabr 2013 09:28 (UTC +04:00)
Dünən və bu gecə mövqelərimiz bir neçə istiqamətdə yenidən atəşə tutulub.
Mövqelərimiz yenidən atəşə tutulub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Dünən və bu gecə mövqelərimiz bir neçə istiqamətdə yenidən atəşə tutulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəcahirli, Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti