...

Mövqelərimiz atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2013 09:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttində atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti