...

Səfir: "Qara siyahı"da olan şəxslər Azərbaycana gəlsinlər, onda həmin insanlarda birtərəfli deyil, balanslaşdırılmış fikir yaranacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2013 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

Çox maraqlı olardı ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin "qara siyahı"da olan həmin şəxslər Azərbaycana gəlsinlər, insanları görsünlər, Dağlıq Qarabağ münaqişəsinin reallığını dərk etsinlər və başa düşsünlər ki, bu, əhali üçün çox vacib, həssas bir mövzudur. Onda həmin insanlarda birtərəfli deyil, balanslaşdırılmış fikir yaranacaq. Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında bildirib.

Səfir Paskal Mönye rəsmi Bakının Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı açıqladığı siyahıda Fransa vətəndaşlarının adlarının olmasına münasibət bildirərkən deyib: "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün çox həssas məsələ olduğunu bilirəm".

O bildirib ki, Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır: "Bəzi siyasətçilər ölkəyə (Ermənistana-red.) dəvət olunurlar və sonra həmin ölkə onları Dağlıq Qarabağa aparır. Mənim şəxsi fikrim belədir ki, "qara siyahı" həmişə narazılığın siqnalı olur. Çünki bu insanlar istəmədən, bilmədən Azərbaycanın ərazi bütövlüyünü pozublar. Amma düşünürəm ki, ən yaxşı yol hər zaman mübadilələr olub".

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına 331 nəfərin adı daxil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti