...

Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2013 09:38 (UTC +04:00)
Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulur.
Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulur

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Yarımca, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti