...

Erməni silahlı bölmələri yenidən atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2013 09:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Erməni silahlı bölmələri yenidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Cəvahirli, Nəmirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti