...

Avropa Parlamentinin üzvü: Azərbaycanın BMT qətnamələrindən yararlanmaq hüquqları təmin olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2013 17:26 (UTC +04:00)
Azərbaycanın BMT qətnamələrindən yararlanmaq hüquqları təmin olunmalıdır. Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin üzvü Klodyu Kiprian Tanasesku Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verərkən deyib.
Avropa Parlamentinin üzvü: Azərbaycanın BMT qətnamələrindən yararlanmaq hüquqları təmin olunmalıdır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın BMT qətnamələrindən yararlanmaq hüquqları təmin olunmalıdır. Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin üzvü Klodyu Kiprian Tanasesku Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavab verərkən deyib.

Avropa Parlamentinin üzvü qeyd edib ki, 2003-cü ildən etibarən Avropa İttifaqı özünün təhlükəsizlik strategiyasına xüsusi önəm verir: "Belə ki, onun xarici və təhlükəsizlik siyasəti beynəlxalq hüquqa əsaslanır. Buna görə də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və işğal olunmuş yeddi ətraf rayona dair qəbul etdiyi qətnamələr Avropanın perspektivləri baxımından zəruridir və mütləq əməl olunmalıdır".

K.Tanasesku bildirib ki, ərazi bütövlüyü dövlət suverenliyinin əsas komponentidir: "Buna görə də əhali beynəlxalq hüquqla müəyyən olunmuş sərhədlər daxilində sülh şəraitində yaşamaq hüququna malikdir. Azərbaycanın hazırkı şəraitində isə bu mümkün deyil. Onun ərazisinin 20 faizi qonşu dövlətin nizami ordusunun işğalı altındadır, eyni zamanda, bir çox azərbaycanlı məcburi köçkünün vətənidir. Bu, dözülməz bir vəziyyətdir".

Avropalı parlamentarinin fikrincə, Cənubi Qafqaz dövlətləri Avropa üçün çox mühüm əhəmiyyət daşıyır: "Bunun səbəbi təkcə onların coğrafi cəhətdən qonşu regionda yerləşmələri deyil. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Misal olaraq, "Cənub dəhlizi" vasitəsilə nəql edilən qazı göstərmək olar. Bu iqtisadi mübadilə hər iki tərəfin xeyrinədir. Cənubi Qafqaz regionlarında vəziyyəti sabitləşdirmək üçün Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrindən yararlanmaq hüquqları təmin olunmalıdır. Ermənistanla Azərbaycan arasında barışıq uzun müddətdir ki, yubanır".

K.Tanasesku qeyd edib ki, Avropa İttifaqı bu münaqişənin həll olunmasına kömək göstərməlidir: "Məsələnin mərkəzində isə Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu dayanır. Burada Avropa İttifaqının köməyi ilə sülh prosesini sürətləndirmək lazımdır. Bununla belə, məsələnin həllinə müvəffəq olmaq üçün münaqişə tərəflərinin danışıqlar masasına yenidən oturmaları başlıca prinsipdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti