Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/
Mövqelərimiz Ermənistan və işğal olunmuş ərazilər tərəfdən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.