...

Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2013 09:27 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.
Cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəs pozulub

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Şuraabad, Nəmirli kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti