...

Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı yol prezidentlər arasında birbaşa dialoqun davam etdirilməsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2013 15:40 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən yaxşı yol Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun davam etdirilməsi və münaqişənin yekun həlli üzrə konkret təklif və yanaşmaların müzakirəsidir.
Riçard Morninqstar: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı yol prezidentlər arasında birbaşa dialoqun davam etdirilməsidir

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir A.Axundov/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən yaxşı yol Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun davam etdirilməsi və münaqişənin yekun həlli üzrə konkret təklif və yanaşmaların müzakirəsidir.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Moriniqstar deyib.

Səfirin sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli üçün vasitəçilik səylərini və tərəflərə kömək etməyi davam etdirəcək.

R.Morninqstar bildirib: "Prezidentlər İlham Əliyev və Serj Sarkisyanın noyabrın əvvəlində baş tutan görüşü çox yaxşı faktdır. Bütün əlamətlər deməyə əsas verir ki, bu görüş yaxşı və konstruktiv keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti