...

Amerikalı həmsədr: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Parisdəki görüşü növbəti sammitə doğru bir addım olacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2014 16:56 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşünün növbəti sammit üçün bir addım olacağına ümid etdiyini bildirib.
Amerikalı həmsədr: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Parisdəki görüşü növbəti sammitə doğru bir addım olacaq

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşünün növbəti sammitə doğru bir addım olacağına ümid etdiyini bildirib.

Trend-in məlumatına görə, C.Uorlik şəxsi "twitter" səhifəsində yazıb: "Ümid edirəm ki, bu görüş fevralda sammitin keçirilməsinə doğru bir addım olacaq".

Amerikalı həmsədr vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yanvarın 24-də Parisdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti