...

Azərbaycan İtaliya və Almaniya ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2014 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.

Həmçinin ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti