...

Bahar Muradova: Beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2014 13:03 (UTC +04:00)
Bu gün Azərbaycanı münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər.
Bahar Muradova: Beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycanı münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər. Trend xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr komissiyası tərəfindən Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Tədbirin keçirilməsində məqsəd Xocalıda insanlığa qarşı yönəlmiş bu soyqırımı dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycana qarşı yönəlmiş işğalçılıq siyasətinə münasibət bildirməkdir.

B.Muradovanın sözlərinə görə, Xocalı soyqırımı məsələsi son illərdə həm dövlət qurumları, parlament, həm də QHT-lər tərəfindən müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda qaldırılır və bununla bağlı müvafiq qərarlar qəbul edilib.

Vitse-spiker bildirib ki, Xocalı sakinləri yalnız azərbaycanlı olduqları üçün ermənilər tərəfindən qətlə yetiriliblər: "Biz ən müxtəlif səviyyələrdə bu məsələni qaldırırıq. Ermənistan bugünədək beynəlxalq hüquq normalarını pozmaqda davam edir".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Xocalı faciəsini törətmiş şəxslər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar: "Bu soyqırımı törətmiş bütün günahkarlar əməllərinə görə cavab verməlidirlər. Lakin Xocalı faciəsi elə bir yaradır ki, onu törədənlər ədalət məhkəməsinə çıxarılıb cəza alsalar belə, bu yara unudulmayacaq, sağalmayacaq".

S.Seyidov bildirib ki, Azərbaycan Prezidenti Xocalı məsələsini daim diqqətdə saxlayır və qiymət verir. Xocalı faciəsinin dünyaya tanıtdırılması istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti