...

TBMM sədri: Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2014 13:58 (UTC +04:00)
Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir.
TBMM sədri: Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir R.Hafizoğlu/

Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Trend-in məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş bəyanatında bildirib. Məlumatı "Sondakika" internet qəzeti verib.

C.Çiçəyin sözlərinə görə, Ermənistan 20-ci əsrin ən böyük soyqırımını Dağlıq Qarabağda törədib: "Ermənistanın soyqırım siyasəti nəticəsində 22 il əvvəl 600-dən çox dinc əhali qətlə yetirilib və yüz minlərlə Azərbaycan türkü öz yurd-yuvalarından çıxarılıb".

TBMM sədri onu da qeyd edib ki, Türkiyə Xocalı soyqırımının törədilməsini şiddətlə qınayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti