...

Xorvatiyada Xocalı soyqırımının 22-ci ildönümü qeyd edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 13:13 (UTC +04:00)
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Xorvatiyada Xocalı soyqırımının 22-ci ildönümü qeyd edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İlk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Trend-in Azərbaycanın Xorvatiyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasimində çıxış edən Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu qeyd edərək, Xocalı faciəsinin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildirib.

Həmçinin, səfirlik tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq xorvat dilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitab nəşr edilib və Xorvatiya ictimaiyyətə, yerli kitabxana və universitetlərə paylanıb. Münaqişəyə dair əsas BMT qətnamələri və Azərbaycanın BMT-də yaydığı sənədlərdən ibarət kitabın bir fəsli Xocalı faciəsinə həsr olunub.

Xocalı faciəsi ilə bağlı xorvat və ingilis dillərində press-reliz yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti