...

Xocalı soyqırımı Serbiya, Bosniya və Herseqovina, Monteneqroda da anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 14:32 (UTC +04:00)
Xocalı soyqırımının iyirmi ikinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 2014-cü ilin 26 fevral tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi, eləcə də Bosniya və Herseqovinada və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.
Xocalı soyqırımı Serbiya, Bosniya və Herseqovina, Monteneqroda da anılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/

Xocalı soyqırımının 22-ci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 2014-cü ilin 26 fevral tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi, eləcə də Bosniya və Herseqovinada və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.

Trend-in Azərbaycanın Serbiyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, səfirlikdə keçirilən tədbirdə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək həyata keçirdikləri cinayətlərdən danışıb. O, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, bu cinayətin ağır nəticələrindən danışmış, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi və əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirmişdir.

Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz, həmçinin yuxarıda qeyd olunan bəyanatın mətni, habelə Xocalı sakinlərinin beynəlxalq təşkilatlara, o cümlədən Haaqa məhkəməsinə müraciətləri barədə məlumat Serbiyanın, Bosniya və Herseqovinanın və Monteneqronun dövlət və hökumət orqanlarına, parlamentlərinə, qeyri-hökumət təşkilatlarına, bu ölkələrdə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.

Bununla yanaşı, Serbiyanın "RTS" dövlət televiziya kanalında Xocalı soyqırımına həsr olunmuş veriliş nümayiş etdirilmiş, eyni zamanda səfirlik tərəfindən www.khojaly.rs və www.xocali.rs internet ünvanları alınaraq, burada ingilis və serb dillərində Xocalı qətliamı ilə bağlı materiallar yerləşdirilmişdir.

26 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar keçirilmiş anma mərasimində BvH-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən 26 fevral tarixində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Podqoritsadakı diplomatik korpusun diplomatları, "Türk Hava Yolları"nın, "Yunus Əmrə Vakfı"nın, Monteneqroda yaşan Azərbaycan və Türk icmalarının nümayəndələri iştirak etmişlər.

Bununla yanaşı, Monteneqronun ən çox izləyici kütləsinə sahib "Prva tv" telekanalında Xocalı soyqırımı haqqında müsahibə və videomaterial verilmiş, "Xocalıya ədalət!" beynəlxalq məlumat və təşviqat kampaniyası üzrə yerli koordinator müəyyən edilmiş Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin icraçı direktoru Hanna İzotavanın "Pobejda" qəzetində Xocalı faciəsi ilə bağlı məqaləsi dərc edilmiş, khojaly.me və xocali.me internet səhifələri açılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti