...

Xocalı soyqırımının qurbanları Avstraliyada anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 15:49 (UTC +04:00)
Fevralın 25-də Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin və bu yaxınlarda təsis edilmiş Kanberra Azərbaycan Mədəniyyət Assosiasiyasının (Canberra Azerbaijan Cultural Association) birgə təşkilatçılığı ilə Kanberra şəhərindəki “Civiq Square” meydanında Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş “Xocalıya Ədələt” adlı məlumatlandırma-etiraz aksiyası həyata keçirilmişdir.
Xocalı soyqırımının qurbanları Avstraliyada anılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/

Fevralın 25-də Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin və bu yaxınlarda təsis edilmiş Kanberra Azərbaycan Mədəniyyət Assosiasiyasının (Canberra Azerbaijan Cultural Association) birgə təşkilatçılığı ilə Kanberra şəhərindəki "Civiq Square" meydanında Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş "Xocalıya Ədələt" adlı məlumatlandırma-etiraz aksiyası həyata keçirilmişdir.

Trend-in Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinə istinadən verdiyi məlumata görə, aksiya zamanı Xocalı hadisələri haqqında Avstraliya ictimaiyyətinin məlumatlandılıması məqsədilə soyqırım faktını özundə əks etdirən foto şəkillərdən və dünya mətbuatında dərc olunmuş yazılardan ibarət stendlər nümayiş etdirilmiş, faciəyə dair bröşürlər və kitablar paylanılmış, "Xocalı soyqırımı"na hüquqi qiymət verilməsini dəstəkləmək məqsədilə federal və yerli parlamentlərə ünvanlanmış imza toplama aksiyası həyata keçirilmişdir.

Həmçinin 26 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin və Kanberra Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə Sidney şəhərində, "Martin Place" meydanında "Khojaly Genocide Silent Protest" adlı məlumatlandırma-etiraz aksiyası, fotosərgi və imza toplama kampaniyası keçirilmişdir. Aksiyada Sidney şəhərində yaşayan azərbaycanlılar, burada təhsil alan azərbaycanlı tələbələr, türk icmasının nümayəndələri yaxından iştirak etmişlər.

26 fevral 2014-cü ildə CIT (Canberra Institute of Technology) universitetində azərbaycanlı tələbə Xəyalə Sübhanverdiyeva tərəfindən "Xocalı soyqırımı" adlı prezentasiya həyata keçirilmişdir.

www.avaaz.org saytı vasitəsilə imza toplama kampaniyası onlayn olaraq davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti