...

ATƏT-in təmas xəttində keçirdiyi monitorinq baş tutdu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2014 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend/

ATƏT-in təmas xəttində keçirdiyi monitorinq baş tutdu.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti