...

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2014 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Minsk qrupunun həmsədrləri Haaqada keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər.

Trend-in məlumatına görə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində görüşün müsbət keçdiyini qeyd edib.

C.Uorlik bildirib ki, sülhə bir yerdə çalışmaqla nail olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti