...

Şəhid əsgərimiz Akif Baxşıyev doğulduğu kənddə dəfn edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2014 17:07 (UTC +04:00)
Ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş Silahlı Qüvvələrimizin əsgəri Akif Aydın oğlu Baxşıyev bu gün anadan olduğu kənddə dəfn olunub.
Şəhid əsgərimiz Akif Baxşıyev doğulduğu kənddə dəfn edilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş Silahlı Qüvvələrimizin əsgəri Akif Aydın oğlu Baxşıyev bu gün anadan olduğu kənddə dəfn olunub.

Trend Kanal S-ə istinadən xəbər verir ki, erməni silahlı bölmələrinin gülləsinə tuş gələrək şəhid olan əsgərimiz A.Baxşıyevin nəşi bu gün doğulduğu İsmayıllı rayonunun Çəmənli kəndinə gətirilib. Şəhid Çəmənli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edən əsgər A.Baxşıyev aprelin 1-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olub. Snayper gülləsinə tuş gələn əsgərimizin həyatını xilas etmək mümkün olmayıb.

A.Baxşıyev 2013-cü ilin yanvar ayında İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti